Rusiyanın baş naziri Mixail Mişustin sentyabrın 30-da Tehrana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.
O, Tehranda İran prezidenti Məsud Pezeşkian və ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Ariflə görüşəcək.
Görüşdə Rusiya-İran əməkdaşlığının bütün aspektləri, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin müzakirə edilməsi planlaşdırılır.
"Nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı və digər sahələrdə birgə iri layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək", - açıqlamada bildirilir.