Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib ki, oktyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək sammit zamanı BRICS iqtisadi blokuna 10-a yaxın yeni üzv qoşulacaq.
Modern.a, xəbər verir ki, Belarus rəsmisi Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində çıxışında bu il BRICS-ə sədrlik edən Moskvanın blokun genişlənməsi üçün dövlətlərin siyahısını tərtib etdiyini bildirib. O, Belarusun üzvlüklə bağlı müraciətinin təsdiq ediləcəyinə ümidvar olduğunu deyib.
2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRICS 2011-ci ildə Cənubi Afrikanı da öz sıralarına daxil edib. 2023-cü ilin dekabrında daha da genişlənməsinə və altı yeni üzvün qoşulmasına baxmayaraq, blok orijinal adını saxlamağa üstünlük verib.