İsrail Müdafiə Qüvvələri Livanda "məhdud quru əməliyyatı" keçirməyə hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə "ABC News" yüksək rütbəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail qısamüddətli atəşkəs təklifini rədd edib və həmçinin ABŞ prezident administrasiyası ilə əlaqə saxlamayıb.
Bildirilir ki, son bir neçə həftə ərzində İsrail ordusu 30-a yaxın Hizbullah liderini öldürüb. Təşkilatın qalan liderləri casuslardan qorxurlar.
Sentyabrın 26-da məlum olub ki, ABŞ və digər müttəfiq ölkələr İsrail və Livan sərhədində 21 günlük atəşkəs təklif ediblər. Ancaq İsrail təklifi qəbul etməyib.
Sentyabrın 27-də axşam saatlarında İsrail Hizbullah qərargahına hava hücumu həyata keçirib və nəticədə hərəkatın baş katibi Həsən Nəsrullah ölüb. "Axios" yazıb ki, Nəsrullah İsraillə sərhəddə döyüşləri dayandırmaqdan imtina etməsi onun ölümünə səbəb olub.