Mahaçqalada yerləşən “Plus” yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, partlayış nəticəsində elektrik xətti sıradan çıxıb. Zərbə dalğası yaxınlıqdakı üçmərtəbəli binanın divarını uçurub. Hadisə zamanı 10 avtomobilə ziyan dəyib.