İsrail Müdafiə Qüvvələri Hizbullahın Beyrutdakı mərkəzi qərargahına zərbə endirib.
Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Zərbə nəticəsində bir nəfər ölüb, 50-yə yaxın adam yaralanıb.
Qeyd olunub ki, zərbələr nəticəsində dörd bina tamamilə dağılıb. İsrail ordusu qruplaşmanın qərargahının yaşayış binalarının altında yerləşdiyini iddia edib.
"Axios"un məlumatına görə, zərbənin hədəfi qruplaşmanın baş katibi Həsən Nəsrullah olub, ancaq o, xəsarət almayıb.