“Beşiktaş” “Əl-Nəssr”in futbolçusu Sadio Maneni transfer etmək üçün fəaliyyətə başlayıb.
Metbuat.az xəbər verir ki, klub futbolçu ilə artıq təmas qurub. Məlumata görə, baş məşqçi Covanni van Bronkhorstdan Manenin transferi barədə razılıq alan “Beşiktaş” rəhbərliyi futbolçuya təklif irəli sürüb. Baş məşqçi bildirib ki, Mane “Beşiktaş”a transfer olsa, əsas heyətdə oynayacaq. Məlumata görə, mane özü də “Əl-Nəsrr”dən ayrılmaq istəyir. Məlumata görə, “Əl-Nəssr”də diqqətdən kənarda qalan Sadio Manenin yenidən rəqabətədavamlı Avropa komandasında oynamaq istədiyi deyilir.