2024-cü ilin yanvar-avqust aylarında əsas kapitala 11216,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox investisiya yönəldilib.
Modern.az xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 3,9 faiz artıb. İstifadə olunmuş investisiyanın 5587,0 milyon manatı və ya 49,8 faizi məhsul istehsalı sahələrinə, 4287,3 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 1342,6 milyon manatı (12,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 9315,8 milyon manatını və ya 83,1 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 8090,5 milyon manatı və ya 72,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.