Sosial şəbəkələrdə Bakı metrosunun stansiyalarında iki eskalatordan birinin işləməsi müzakirələrə səbəb olub. Əhalinin sıx olduğu vaxtlarda eskalatorun işləməməsi narazılıq yaradıb.
Modern.az-ın məlumatına görə, məsələyə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov aydınlıq gətirib.
Onun sözlərinə görə, metronun bütün stansiyalarında eskalatorlardan biri daim ehtiyatda saxlanılır:
“Bu sərnişindaşıma təhlükəsizliyinin ən vacib hissələrindən biridir. Əsas səbəb odur ki, fövqəladə hallarda, hansısa hadisə, xüsusən sərnişinlərin ehtiyatsızlığı səbəbilə eskalatorların dayandırılması halları baş verdikdə həmin eskalatorların dərhal işə qoşularaq sərnişin axınının tənzimlənməsinin təmin olunmasıdır”.