2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyul aylarında təzə meyvə idxalı 32,4 faiz artıb.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə xam şəkər – 4,0 faiz, bitki yağları – 38,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 64,7 faiz, unlu qənnadı məmulatları – 14,2 faiz, şokolad və şokolad məhsulları – 17,9 faiz, çay – 15,5 faiz, quş əti və onun əlavə məhsulları – 17,9 faiz, mal əti – 86,7 faiz, təzə tərəvəz – 68,2 faiz artıb.
Əvəzində buğda idxalı isə 20,3 faiz, kartof – 4,5 faiz, siqaretlər – 71,1 faiz, minik avtomobilləri – 12,6 faiz, dərman vasitələri – 27,6 faiz azalıb.