2024-cü ilin avqust ayında inflyasiya 2023-cü ilin avqust ayına nisbətən 3,5% təşkil edib.
Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, istehlak qiymətləti indeksi qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103,0 faiz, qeyri-qida məhsulları üzrə 101,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.
2024-cü ilin avqust ayında inflyasiya əvvəlki aya nisbətən 0,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz təşkil edib.