Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 37,2 milyard manat təşkil edib.
Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% çoxdur.
Səkkiz ayda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Bu isə illik müqayisədə müvafiq olaraq 1,9% və 5,5% artım deməkdir.