Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü Fuad İsmayılov yaşadıqları bınanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Modern.az-ın məlumatına görə, 9-cu mikrorayonda baş verən hadisə zamanı Fuad İsmayılov evdə tələbə yoldaşları ilə birgə olub.
Gənc ehtiyatsızlıqdan binanın həyətində dayanan avtomobilin üzərinə düşüb. Onun hadisə yerində dünyasını dəyişdiyi bildirilir.
21 yaşlı gəncin Azərbaycan İdman Akademiyasının ikinci kurs tələbəsi olduğu bildirilir. Ailədə iki uşaq olublar.
Faktla bağlı araşdırma aparılır.