2024-cü ildə təxminən 4,2 milyard insanın yaşadığı ölkələrdə seçkilər keçirilir. Bununla da tarixdə ilk dəfə 1 il ərzində dünya əhalisinin yarıdan çoxunun yaşadığı ölkələrdə seçkilər baş tutur. Ümumilikdə 70-dən çox ölkə cari ildə seçki həyəcanı yaşayır. Seçki yarışı Avropa və Amerikadan tutmuş Afrika və Okeaniyanın, Asiyanın ən ucqar ölkələrinə qədər yayılmaqdadır.
Böyük Britaniya, Fransa, İran, Hindistan kimi ölkələrdəki seçkilər şərhçilər tərəfindən xüsusilə tarixi əhəmiyyətə malik seçkilər kimi qiymətləndirilir. Təbii ki, bütün dünyanın gözləri noyabrda baş tutacaq ABŞ-dakı seçkilərə yönəlib. Qlobal supergücə kimin rəhbərlik edəcəyi bütün bəşəriyyətin taleyinə təsir edəcək. Dünyanın əksər ölkələrindəki seçkilər isə hakimiyyət dəyişikliyinin baş verib-verməyəcəyi baxımından maraq doğurur.
Qeyd etmək lazımdır ki, 2024-cü ildə prezident və parlament seçkiləri ilə yanaşı, bir sıra ölkələrdə yerli seçkilər və referendumlar da baş tutacaq. Məsələn, qardaş Türkiyədə 31 martda keçirilmiş bələdiyyə seçkiləri siyasi önəmi baxımından prezident və parlament seçkilərindən heç də geri qalmadı. Digər tərəfdən, müxtəlif ölkələrdə seçkilərin olması dünya əhalisinin siyasi aktivliyinin artmasına və ümumi fəallığa da təsir göstərən amildir.
Birləşmiş Krallıqda 14 illik fasilədən sonra Leyboristlərin hakimiyyətə qayıtması, Fransada sol ittifaqın ikinci turdakı böyük zəfəri, İranda islahatçıların iqtidar olması böyük dəyişikliklərdən xəbər verir. Seçki marafonu bu il Cənubi Qafqazdan da yan keçməyib. Azərbaycanda 7 fevralda prezident seçkiləri keçirilib, 1 sentyabrda isə parlament seçkiləri baş tutacaq. Gürcüstan isə oktyabrdakı parlament seçkilərinə hazırlaşır.
Modern.az bu il dünyada keçirilmiş və keçiriləcək seçkiləri araşdırıb.
Aşağıdakı cədvəllərdə 2024-cü ildə regionlar üzrə hansı ölkələrdə prezident və parlament seçkilərinin keçirildiyi və ya keçiriləcəyi seçki tarixləri ilə birgə təqdim olunub. Siyahıda yerli seçkilərə və referendumlara yer verilməyib.
AVROPA
Ölkə
Seçki
Tarix
Avstriya
Parlament
29 sentyabr
Azərbaycan
Prezident
Parlament
7 fevral
1 sentyabr
Belarus
Parlament
25 fevral və 4 aprel
Belçika
Parlament
9 iyun
Bolqarıstan
Parlament
9 iyun və 20 oktyabr
Xorvatiya
Prezident
Parlament
Dekabr
17 aprel
Çexiya
Parlament
20-21 sentyabr
Finlandiya
Prezident
28 yanvar və 11 fevral
Fransa
Parlament
30 iyun və 7 iyul
Gürcüstan
Parlament
26 oktyabr
Macarıstan
Prezident
26 fevral
İslandiya
Prezident
1 iyun
Litva
Prezident
Parlament
12 may və 26 may
13 oktyabr və 27 oktyabr
Moldova
Prezident
20 oktyabr
Şimali Makedoniya
Prezident
Parlament
8 may
24 aprel və 8 may
Portuqaliya
Parlament
10 mart
Rumıniya
Prezident
Parlament
24 noyabr
1 dekabr
Rusiya
Prezident
15-17 mart
San-Marino
Parlament
9 iyun
Slovakiya
Prezident
23 mart və 6 aprel
Böyük Britaniya
Parlament
4 iyul
ASİYA
Ölkə
Seçki
Tarix
Banqladeş
Prezident
Prezident
7 yanvar
İl ərzində
Butan
Parlament
9 yanvar (II tur)
Kamboca
Parlament
25 fevral
Hindistan
Parlament
19 aprel – 1 iyun
İndoneziya
Parlament
14 fevral
İran
Prezident
Parlament
28 iyun (I) və 5 iyul (II)
1 mart (I) və 10 may (II)
İordaniya
Parlament
10 sentyabr
Küveyt
Parlament
4 aprel
Maldiv
Parlament
21 aprel
Monqolustan
Parlament
28 iyun
Şimali Koreya
Parlament
İl ərzində
Pakistan
Prezident
Parlament
9 mart
8 fevral və 2 aprel
Cənubi Koreya
Parlament
10 aprel
Şri-Lanka
Prezident
21 sentyabr
Suriya
Parlament
15 iyul
Tayvan
Prezident
Parlament
13 yanvar
13 yanvar
Tailand
Parlament
9-26 iyun
Özbəkistan
Parlament
27 oktyabr
AMERİKA
Ölkə
Seçki
Tarix
Salvador
Parlament
4 fevral və 3 mart
Dominikan
Parlament
19 may
Meksika
Prezident
Parlament
2 iyun
2 iyun
Panama
Parlament
5 may
ABŞ
Bütün seçkilər
5 noyabr
Uruqvay
Parlament
27 oktyabr
Venesuela
Prezident
28 iyul
AFRİKA
Ölkə
Seçki
Tarix
Əlcəzair
Prezident
7 sentyabr
Botsvana
Parlament
29 oktyabrdan gec olmayaraq
Çad
Prezident
Parlament
6 may
29 dekabr
Komor
Prezident
14 yanvar
Qana
Prezident
Parlament
7 dekabr
7 dekabr
Qvineya-Bisau
Prezident
Parlament
Noyabr və ya dekabr
24 noyabr
Madaqaskar
Parlament
29 may
Mavritaniya
Prezident
29 iyun
Mavriki
Parlament
30 noyabr
Mozambik
Parlament
9 oktyabr
Namibiya
Parlament
27 noyabr
Ruanda
Parlament
15 iyul
Seneqal
Prezident
24 mart
CAR
Parlament
29 may
Cənubi Sudan
Parlament
22 dekabr
Toqo
Parlament
29 aprel
Tunis
Prezident
6 oktyabr
OKEANİYA
Ölkə
Seçki
Tarix
Fici
Prezident
İl ərzində
Kiribati
Prezident
Parlament
Oktyabr
14 (I) və 19 (II) avqust
Palau
Parlament
12 noyabr
Solomon
Parlament
17 aprel
Tuvalu
Parlament
26 yanvar
Qeyd: Cədvəllər Modern.az tərəfindən hazırlanıb.
Modern Təhlil və Araşdırma Qrupu



































































