Quba Rayon Perinatal Mərkəzdə doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.
Modern.az xəbər verir ki, Xaçmaz rayonun Hülövlü kənd sakini, 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Lakin o və körpəsi əməliyyat zamanı ölüb.
Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.