20 sentyabr 2024-cü il tarixində xüsusi müsadirə edilmiş əmlaklar hərraca çıxarılacaq.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Hərraca çıxarılacaq əmlaklar arasında qeyri-yaşayış, torpaq, bağ sahələri ilə yanaşı mobil telefon da var. Hətta bəzi əmlaklar növbəti dəfə özü də endirimli qiymətlərlə satışa çıxarılır.
Sıra sayı
Əmlakın adı
Əmlakın yerləşdiyi ünvan
Ölçü vahidi
Miqdarı
Əmlakın start qiyməti (manatla)
10% beh (manatla)
Qeyd
Səbail rayonu
1
Qeyri-yaşayış sahəsi
Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 (yaşayış binasının 1-ci mərtəbəsi)
kv.m
676
1213657.5
121365,8
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır
Xətai rayonu
1
Samsung Galaxy A3 markalı, SM A320F modelli mobil telefon
Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yeri
ədəd
2
216
21,6
3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır
Abşeron rayonu
1
"Kamaz 5410" markalı yük avtomobili
Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yeri
ədəd
1
6000
600
4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır
Gədəbəy rayonu
1
Qeyri-yaşayış sahəsi
Gədəbəy rayonu, Gədəbəy şəhəri S.Vurğun küçəsi, “Köhnə bazar”
kvm
70
10000
1000
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır
Goranboy rayonu
1
Torpaq sahəsi
Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi
ha
0.1
19800
1980
3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır
2
Torpaq sahəsi
Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi
ha
0.03
6750
675
3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır
3
Torpaq sahəsi
Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi
ha
0.07
14490
1449
3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır
4
Torpaq sahəsi
Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi
ha
0.08
14400
1440
3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır
Xızı rayonu
1
Bağ evi
Xızı rayonu, Qızılqazma kəndi
kvm
150
75000
7500
5-ci dəfə 50 % endirimlə təkrar hərraca çıxarılır
2
Fərdi yaşayış evi
Xızı rayonu, M.Müşviq küçəsi 10
kvm
200
80000
8000
5-ci dəfə 50 % endirimlə təkrar hərraca çıxarılır
Hərrac addımı - ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır
Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.
- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
- aşağıdakı hesaba 10% behin köçürülməsini təsdiq edən sənədin surəti;
Hesab nömrəsi:
"Azər-Türk Bank" ASC, Kod 507699, VÖEN 9900006111,
Müxbir hesab: AZ02NABZ01350100000000022944, SWİFT AZRTAZ22