Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qəfil hücumu Putini danışıqlar masasına oturtmağın yeganə yoludur.
Metbuat.az bildirir ki, bu barədə “The Independent” qəzetinə müsahibəsində Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib. O, Ukraynanın Kurska hücumunu “psixoloji” taktikanın bir hissəsi adlandırıb.
"Biz Rusiyanı məcbur etmək üçün tamamilə aşkar vasitələrdən istifadə etməliyik. Onlardan biri hərbi məcburetmə alətidir. Yəni iqtisadi və diplomatik vasitələrlə yanaşı, Rusiyaya əhəmiyyətli taktiki məğlubiyyətlər verməliyik"