Ukrayna qüvvələrinin nəzarətində olan Rusiya Federasiyasının Kursk vilayətinin ərazisində general-mayor Moskalevin rəhbərlik etdiyi hərbi komendantlıq yaradılıb.
Metbuat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə keçirilən videokonfrans zamanı bildirib.
“Kursk vilayəti ərazisində asayişi qorumaq və əhalinin prioritet ehtiyaclarını təmin etmək üçün Sudja qəsəbəsində və daha üç yaşayış məntəqəsində düşmənin axtarışı və məhv edilməsi başa çatdırılıb".
Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı qeyd edib ki, cari günün əvvəlindən Ukrayna qoşunları müəyyən istiqamətlərdə 500 metrdən 1,5 km-ə qədər irəliləyib, düşmənin üç hücumunu dəf edib və hücum əməliyyatlarını davam etdirir.