Türkiyənin Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyi virusunun yayılma vəziyyəti ilə bağlı açıqlama yayıb.
Modern.az TRT-yə istinadən xəbər verir ki, açıqlama nazirliyin rəsmi sosial media səhifəsində yayımlanıb.
"Xüsusilə Afrika qitəsində müşahidə olunan meymunçiçəyi xəstəliyinə 2024-cü ildə Türkiyədə rast gəlinməyib. Ölkəmizdə hələlik heç bir məhdudiyyət və ya əlavə tədbirə ehtiyac yoxdur. Nazirliyimiz və elmi şuramız, səhiyyə infrastrukturumuzla proses yaxından təqib edilir", - deyə qeyd olunub.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Afrikadakı vəziyyətlə bağlı fövqəladə hal elan edib.
Bu xəbər ilə bağlı Meymunçiçəyi yayılır: Kimlərin yoluxmaq ehtimalı daha çoxdur? Xəbəri oxu