Ukrayna Kursk bölgəsinə giriş zamanı Britaniyanın “Challenger” tanklarından istifadə edib.
Modern.az xəbər verir ki, bu məlumatı BBC mənbəyə istinadən yayıb.
Mənbə bildirib ki, Kursk vilayətinə giriş zamanı Ukrayna hərbçiləri Britaniyanın “Challenger 2” tanklarından istifadə ediblər. Böyük Britaniyanın Müdafiə Nazirliyi Londonun tədarük etdiyi konkret hansı silahların Ukrayna hərbçiləri tərəfindən istifadə edildiyini şərh etmədiyini bildirib.
Qurum nümayəndəsi daha əvvəl demişdi ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, “Ukraynanın özünümüdafiə etmək hüququ var […], bu, Rusiya ərazisində əməliyyatları istisna etmir”.
Britaniya hökuməti deyir ki, siyasətdə heç bir dəyişiklik olmayıb və Kiyev hər zaman tədarük edilən silahlardan istədiyi kimi istifadə etmək hüququna malik olub.