"ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edilmiş cənab Mark Libbi ilə bizim ilk görüşümüz oldu".
Modern.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski X-də paylaşıb.
"Onu ABŞ-ın Azərbaycana növbəti səfiri təyin olunması münasibətilə təbrik etdim. Ukrayna və ABŞ arasında əməkdaşlığın və tərəfdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə edildi", - səfir əlavə edib.