1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Abşeron rayonu “Mehdiabad Qarant “ köçkün şəhərciyində 120 saylı Cəbrayıl-Qubadı seçki dairəsindən YAP-ın vahid namizədi Ceyhun Məmmədovun təbliğat-təşviqat kampaniyası çərçivəsində vətəndaşlarla növbəti görüşü keçirilib.
Cəbrayıl rayon ziyalıların iştirakı ilə keçirilən görüşdə seçicilər namizəd Ceyhun Məmmədova seçkilərdə uğurlar arzuladıqlarını, ötən dövr ərzində görülən işləri yüksək qiymətləndirdiklərini bildiriblər.
Seçicilər qarşısında çıxış edən YAP-ın 120 saylı Seçki Dairəsindən namizədi Ceyhun Məmmədov cənab prezident tərəfindən aparılan islahatlar, Böyük Qayıdış Dövlət Proqramının əhəmiyyəti, abadlıq-quruculuq işləri, qazi və şəhid ailələrinin sosial qayğılarının dövlətimizin və cənab prezidentin daima diqqətində olması haqqında vətəndaşları məlumatlandırıb, onların suallarına cavab verilib.
Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin operativ qaydada həlli ilə müvafiq söhbətlər aparılıb.