Metbuat.az xəbər verir ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesi Tibbi Qiymətləndirmə Mərkəzində aparılır.
Elə bu məlumatlar əsasında da mərkəzi çağırış komissiyası şəxsin hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edir. Bundan sonra da yararlı olan şəxslərin Silahlı Qüvvələrə bölüşdürülməsi prosesi başlayır. Bütün bu işlərin görülməsi üçün mərkəzə ixtisaslaşmış şəxslər cəlb olunublar.