O bildirib ki, sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, kvotadan əlavə iş yerlərinin yaradılması qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Vüqar Bayramovun sözlərinə görə, bu dəyişikliklər özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək: