Metbuat.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.
"Yeni dəyişikliklər imkan verəcək şəhidin statusu olmayan ailə üzvləri də mənzil ilə təminat hüququndan istifadə etsinlər. Son dəyişiklik şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi və mənzil təminatlarının yaxşılaşdırılması baxımdan vacib sənəddir. Bu baxımdan da, sosial təminat aspektindən əhəmiyyətli addımdır.
Qeyd edək ki, Azərbaycanda 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi indiyədək mənzillə təmin olunub. Gözlənilir ki, bu kateqoriyadan olan bütün vətəndaşlarımız 2025-ci ilin sonunadək mənzillə təmin olunacaq".