Bakı. Trend:
Gəncədə mübahisə zamanı bir nəfər bıçaqlanıb.
Trend-in məlumatına görə, hadisə noyabrın 2-də saat 23 radələrində baş verib.
Belə ki, Gəncə şəhər sakini Elçin Ələddin oğlu Pirverdiyevin tanışı Əlibəy Xanlar oğlu Kərimovla aralarında yaranmış mübahisə zamanı ona bıçaqla xəsarət yetirərək sağlamlığına qəsdən ağır zərər vurduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.