Ötən ay Azərbaycanın yeganə regional bankı olan "Naxçıvanbank" adını və təşkilati-hüquqi formasını dəyişib.
Modern.az-ın məlumatına görə, "Naxçıvanbank" “E-Kredit" MMC adı altında bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyini elan edib.
Bundan əvvəl 2023-cü ildə "Günay Bank"və “Muğan Bank” bağlanmışdı. 2020-ci ildə isə 4 bank - "AGBank", "Amrahbank", "AtaBank", "NBCBank" fəaliyyətini dayandırmışdı.
Bununla da Azərbaycanda fəaliyyət göstərən bankların sayı 22-yə düşüb. Banklar artıq ilin ilk yarısını əhatə edən (yanvar-iyun) maliyyə hesabatlarını açıqlayıb.
Məlumata görə, xalis mənfəəti ən çox olan banklar “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” və “Paşa Bank”dır.
Digər bankların ilin ilk yarısında xalis mənfəəti aşağıdakı kimi olub:
№
Bankın adı
2024-cü ilin birinci rübündə mənfəət (manatla)
1.
Azərbaycan Beynəlxalq Bankı (ABB)
172.4 milyon
2.
Kapital Bank
123.9 milyon
3.
Paşa Bank
119 milyon
4.
Xalq Bank
34 milyon
5.
Access Bank
27.2 milyon
6.
Bank Respublika
26.3 milyon
7.
Yelo Bank
26 milyon
8.
Azər Türk Bank ASC
13.6 milyon
9.
Unibank
11.5 milyon
10.
Bank of Baku
11 milyon
11.
Rabitəbank
10.6 milyon
12.
Premium Bank
8.9 milyon
13.
Ziraat Bank Azərbaycan
8.1 milyon
14.
Expressbank
6 milyon
15.
Bank VTB Azərbaycan
4.7 milyon
16.
Yapı Kredi Bank Azərbaycan
4.4 milyon
17.
Bank Milli İran Bakı filialı
3.4 milyon
18.
Bank BTB*
3 milyon
19.
Azərbaycan Sənaye Bankı
2.9 milyon
20.
Bank Avrasiya
1 milyon
21.
Turanbank
852 min
22.
AFB Bank
634 min
*Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərc nəzərə alınmayıb.