“Ümid edirik ki, onilliklər davam edən münaqişəyə son qoyulacaq”. Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentin spikeri Alen Simonyan iyulun 11-də növbədənkənar iclasda Azərbaycanla sülh danışırları barədə danışarkən bildirib.
O, xüsusilə qeyd edib ki, Alma-Ata Bəyannaməsinin prinsiplərinə riayət etməklə sərhədin delimitasiyası prosesi başa çatdırılmalıdır. "Bu yolla biz iki dağıdıcı müharibəyə səbəb olan düşmənçiliyə son qoymalıyıq", - Simonyan deyib. Spiker müxalifətdən olan deputatların suallarına cavab verərəkən “Ermənistan Respublikasının bir qarış ərazisi də qonşu ölkəyə verilməyib, planlaşdırılmayıb, bu msələ müzakirə olunmayıb və müzakirə oluna da bilməz”, - deyib
Simonyan Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyandan Ermənistan ərazisindən nə qədər ərazinin verildiyini dəqiq söyləməyi tələb edən “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryana köhnəlmiş söhbəti etməyin yersiz olduğunu xatırladıb.