NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Vaşinqtonda keçirilmiş dünənki görüşünə toxunub.
Modern.az xəbər verir ki, Xavyer Kolomina X mikrobloqunda bildirib ki, o, xarici işlər naziri Ceyhun Bayramovla birgə Azərbaycan-NATO ikitərəfli əməkdaşlığı və sülh danışıqlarının inkişafı məsələlərini müzakirə edib. “NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını və uzunmüddətli sülh sazişinin bağlanmasını qətiyyətlə dəstəkləyir”, - Kolomina qeyd edib.