Bakı.Trend:
Fransa və Böyük Britaniya sahilllərinə güclü külək, leysan yağışları və nəhəng dalğalarla müşayiət olunan "Ostin" fırtınası daxil olub.
Bu barədə "Euronews" telekanalı məlumat yayıb.
Küləyin sürəti Fransanın Bretan bölgəsində saatda 160 kilometrə çatıb, ağacların aşması nəticəsində İngiltərənin cənubunda bir çox yollar bağlanıb.
2026-cı ilin payız mövsümünün ilk adlandırılmış fırtınası Bretan, Kornuoll və Devon bölgələrinə daha çox təsir edib.
Fransanın Finister sahillərində küləyin sürəti saatda 120-140 kilometrə çatıb. Lanildut limanında bir neçə metr hündürlüyündə dalğalar naviqasiya nişanına çırpılıb, yaxtalar güclü şəkildə yırğalanıb, bir qayıq isə çevrilərək qismən suya qərq olub. Güclü yağış limanın bəzi hissələrini su altında qoyub.
Fırtınanın ən güclü külək və dalğaları Atlantik okeanı və La-Manş boğazı sahillərində müşahidə olunub. Daha sonra fırtına Fransanın şimalı və İngiltərənin cənubu boyunca şərqə doğru irəliləyib.