Bakı. Trend:
Mənimsəmədə təqsirləndirilən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun sabiq müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə keçirilib.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Raqif Abbasov və Eldəniz Qulamov 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif edib.
Məhkəmənin növbəti iclası 4 noyabra təyin edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.