Bakı. Trend:
Bəzi Türkiyə vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub:
Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri Cem Özyurt – Bloger Akın Duru – TV8 və Acunmedya əməkdaşı Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi Cüneyt Sezer – Bloger, sosioloq, publisist və siyasi analitik Serhat Koyuncu – İctimai xadim Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025) Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini Aydın Binboğa – İqtisadçı, siyasətçi Hakkı Eren – “Köklü Değişim” jurnalisti Sait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri Mehmet Boynukalın – Marmara Universiteti İlahiyat professoru, Ayasofya İmam-Hatibi Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi Mert Armağan – Jurnalist Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalist Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı Yusuf Kaplan – Yazıçı, jurnalist Erdinc Teğmen – Erte Medya’nın sahibi Ahmet Çakar – İdman şərhçisi, keçmiş futbol hakimi Halil Atakan Ay – İlahiyyatçı İsmail Kılıçarslan – TV NET, “Yeni Şafak” qəzeti Murat Şahin – Akıt TV- də proqram aparıcısı İrfan Kaya Ülger – Akıt TV- də proqram aparıcısı Fatin Dağistanlı – Akıt TV- də proqram aparıcısı Ömer Ulutaş – Toprak partiyasının sədri Ömer Faruk Gergerlioğlu – Millət vəkiliXarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.