Metbuat.az xəbər verir ki, həddən artıq yatmaq bir çox xəstəliyin əlaməti ola bilər.
Narkolepsi xəstələri gün ərzində ani və idarə oluna bilməyən yuxu hücumları yaşayırlar. Bu hücumlar insanın oyaq və aktiv olduğu bir vaxtda qəfil yuxuya getməsinə səbəb olur.
Bildirilib ki, həddindən artıq yatmaq depressiya, hallarında da baş verə bilər. Bu daimi yuxu ehtiyacının tez-tez müşahidə edildiyi psixiatrik bir xəstəlikdir. Depressiyadan əziyyət çəkən insanlar tez-tez həddindən artıq yorğunluq və enerji çatışmazlığı hiss edirlər ki, bu da onları daha çox yatmağa aparır. Depressiya yuxu rejimini pozur, yuxusuzluq və ya hipersomniya kimi özünü göstərir.