Bakı.Trend:
Cənubi Afrika Respublikasından olan, qalmaqallı açıqlamaları ilə tanınan keşiş Coşua Mlakela bəşəriyyəti gözləyən apokalipsisin yeni tarixini açıqlayıb. Onun proqnozuna görə, bu hadisə oktyabrın 12-də və ya 13-də baş verəcək.
Bu barədə “The Express” nəşri məlumat yayıb.
Keşiş iddia edir ki, yeni vəhylər zamanı Tanrı və İsa ona görünüb və qiyamətin “son tarixlərini” bildiriblər. Onun sözlərinə görə, bəzi xristianların böyük müsibət dövründən əvvəl möminlərin cənnətə yüksəlməsi ilə əlaqələndirdiyi “göyə yüksəlmə” hadisəsinə cəmi bir həftə qalıb.
Mlakela daha əvvəl də uğursuz qiyamət proqnozları ilə gündəmə gəlib. O, dünyanın sonunun 2025-ci il sentyabrın 23-də çatacağını bildirmişdi. Onun çoxsaylı ardıcılları bu proqnoza inanaraq evlərini və avtomobillərini satmış, hətta işdən çıxmışdılar.
Lakin həmin tarixdə heç bir hadisə baş vermədikdə pastor bunu Tanrının qiyamət gününü təxirə salması və insanlara tövbə etmək üçün vaxt verməsi ilə izah etmişdi.