Bakı.Trend:
Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 2026-cı ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə dayandırıb.
Bu barədə “El Universal” qəzeti məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin azaldılmasından sonra bu qərar qəbul edilib.
"Pemex"in ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim etdiyi hesabata əsasən, Meksika şirkətinin törəmə qurumu "Servicios Logísticos y Recursos Estratégicos" üçüncü rübdə Kubaya heç bir yanacaq təchizatı həyata keçirməyib. Bundan əvvəl, ilin ilk yarısında ixracın həcmi sutkada cəmi 900 barel təşkil edib.
Rəsmi statistika əhəmiyyətli fərq göstərir ki, 2024-cü ilin ilk yarısında adaya günə 19,2 min barel, 2025-ci ilin eyni dövründə isə 19,6 min barel tədarük edilibsə, 2026-cı ilin ilk yarısında bu göstərici günə 0,9 min barelə qədər azalıb.
Nəşrin bildirdiyinə görə, Meksika şirkəti bununla ABŞ-nin Kubaya xam neft tədarük edən ölkələrə və şirkətlərə qarşı tətbiq etdiyi sanksiyalarla üzləşməməyə çalışır.