Bakı.Trend:
Zəngin britaniyalılar və investorlar ölkəni tərk edir, bu isə Londonun qlobal maliyyə mərkəzi kimi mövqeyini zəiflədir.
Bu barədə “Bloomberg” agentliyində məqalə dərc olunub .
Məqaləyə görə, son iki ildə bu indeksə daxil olan Böyük Britaniyanı tərk emiş və ya ölkə ilə əlaqələrini zəiflədən şəxslərin və ailələrin ümumi sərvəti 160 milyard dollar təşkil edir. Bu göstərici hələ də ölkədə yaşayan indeks iştirakçılarının sərvətindən çoxdur.
Köç üçün əsas istiqamətlər Monako, İsveçrə və BƏƏ olub. Səbəblər arasında "non-dom" güzəştli vergi rejiminin ləğvi, miras və özəl investisiyalardan əldə olunan gəlirlərin vergiyə cəlb edilməsinin sərtləşdirilməsi var.
Varlı sakinlərin ölkədən axını artıq elit daşınmaz əmlak bazarına və varlı müştərilərə yönəlmiş biznesə təsir göstərir.