Bakı.Trend:
İran Azərbaycandan elektrik enerjisi idxalını təxminən 45 faiz artırıb.
Dövlət Statistika Komitəsinin dərc etdiyi “2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət əlaqələri” hesabatına əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycandan İrana 30,2 milyon kVt/saat elektrik enerjisi ixrac olunub.
Qeyd edilib ki, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 859 min ABŞ dolları təşkil edib.
Trend-in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, İrana elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarının göstəricisi ilə müqayisədə fiziki ifadədə 9,3 milyon kVt/saat və ya 44,5 faiz, dəyər ifadəsində isə 264,54 min ABŞ dolları və ya 44,5 faiz artıb.
Bununla yanaşı, 2026-cı ilin ilk yeddi ayında Azərbaycan İrandan 17,663 milyon kVt/saat həcmində, 501,84 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.
Agentliyin hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 945,02 min ABŞ dolları və ya 65,3 faiz, fiziki ifadədə isə 4,596 milyon kVt/saat və ya 20,6 faiz azalıb.
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan ümumilikdə üç ölkəyə – Rusiya, Gürcüstan və İrana 298,323 milyon kVt/saat həcmində, 15,694 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 25,9 milyon ABŞ dolları və ya 62,3 faiz, fiziki ifadədə isə 439,1 milyon kVt/saat və ya 59,5 faiz azalıb.