Bakı.Trend:
Gürcüstan Azərbaycandan təbii qaz idxalını 6,9 faiz artırıb.
Dövlət Statistika Komitəsinin dərc etdiyi “2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət əlaqələri” hesabatında qeyd olunur ki, cari ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 171,4 milyon ABŞ dolları dəyərində 1,534 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Trend-in komitənin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracı dəyər ifadəsində 11,6 milyon ABŞ dolları və ya 7,4 faiz, həcm ifadəsində isə təxminən 100 milyon kubmetr və ya 6,9 faiz artıb.
Qurumun məlumatına görə, ötən ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 159,6 milyon ABŞ dolları dəyərində 1,434 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2021-2025-ci illərdə Azərbaycandan Gürcüstana təbii qaz ixracının həcmi aşağıdakı kimi dəyişib:
İl
İxrac həcmi
İxrac dəyəri
2021
2,882 mlrd. kub.m
356,5 mln ABŞ dolları
2022
2,581 mlrd. kub.m.
349,7 mln ABŞ dolları
2023
2,149 mlrd. kub.m
346,6 mln ABŞ dolları
2024
3,266 mlrd. kub.m
322,7 mln ABŞ dolları
2025
2,342 mlrd. kub.m
250,3 mln ABŞ dolları
Agentliyin tərtib etdiyi cədvəldən göründüyü kimi, nəzərdən keçirilən dövrdə Azərbaycandan Gürcüstana təbii qaz ixracının ən böyük həcmi 2024-cü ildə qeydə alınıb - 3,266 milyard kubmetr. Bununla yanaşı, ixracın ən yüksək dəyəri 2021-ci ildə - 356,5 milyon ABŞ dolları təşkil edib. 2023-cü ildə ixracın həcmi nəzərdən keçirilən dövr üzrə minimum səviyyəyə - 2,149 milyard kubmetrə qədər azalıb, bundan sonra 2024-cü ildə 52 faiz artıb. 2025-ci ildə isə tədarük yenidən azalaraq 2,342 milyard kubmetr təşkil edib.
İxracın dəyəri 2021-ci ildə maksimum həddə çatdıqdan sonra ümumilikdə azalıb və 2025-ci ildə 250,3 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-2025-ci illər üzrə ən aşağı göstəricidir.