Bakı.Trend:
Yanvar-avqust aylarında Azərbaycandan Hindistana neft ixracının həcmi 300 dəfə artıb.
Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarət üzrə gömrük statistikasına əsasən, yanvar-avqust aylarında Azərbaycandan Hindistana 399,2 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınan 524,3 min ton neft və neft məhsulları ixrac edilib.
Trend-in qurumun məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 398,4 milyon ABŞ dolları və ya 510,5 dəfə, həcm ifadəsində isə 522,6 min ton və ya 300 dəfə artıb.
Bundan əlavə, Komitənin məlumatları göstərir ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan Hindistana 781,52 min ABŞ dolları dəyərində bitumlu süxurlardan alınan 1,747 min ton neft və neft məhsulları ixrac edilib.
Beləliklə, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, Hindistan 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın neft və neft məhsulları ixrac etdiyi ölkələr arasında dördüncü yeri tutub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2021–2025-ci illərdə Azərbaycandan Hindistana itumlu süxurlardan alınan neft və neft məhsullarının ixracının həcmi aşağıdakı kimi dəyişib:
İl
İxrac həcmi
İxrac dəyəri
2021
1,261 mln ton
584,2 mln ABŞ dolları
2022
2,016 mln ton
1,625 mln ABŞ dolları
2023
2,025 mln ton
1,227 mln ABŞ dolları
2024
1,169 mln ton
729,8 mln ABŞ dolları
2025
335 mln ton
167,3 mln ABŞ dolları