Bakı. Trend:
Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına Asiya İnkişaf Bankının (AİB) dəstək imkanları müzakirə edilib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Belə ki, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkədəki makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına AİB-in dəstək imkanları, o cümlədən yaşıl maliyyənin və kapital bazarlarının inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Bununla yanaşı, AİB-in Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının əsas istiqamətləri, Mərkəzi Bank ilə AİB arasında əməkdaşlığın inkişaf perspektivləri və gələcək texniki yardım layihələri müzakirə olunub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin birinci rübündə AİB-in ölkə iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 2,075 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünün səviyyəsini 455 min ABŞ dolları və ya 28,1 faiz üstələyir.


