Bakı. Trend:
Azərbaycan Nazirlər Kabineti ödənişsiz psixoloji yardımla bağlı qaydalarda dəyişiklik edib.
Nazirlər Kabinetinin qərarına əsasən, “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”nə “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmiş şəxslərlə bağlı yeni müddəa əlavə edilib.
Dəyişikliyə əsasən, mina fəaliyyəti nəticəsində zərərçəkmiş şəxslər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində psixoloji yardımla təmin olunacaqlar.
Qərar “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə 2025-ci il 30 dekabr tarixli Qanunun icrasını təmin etmək məqsədilə qəbul edilib.