Bakı. Trend:
Səudiyyə Ərəbistanı Pro Liqasının beşinci turunda “Əl-İttihad” doğma meydanda “Əl-Nəsr”i 2:1 hesabı ilə məğlub edib.
Meydan sahibləri artıq 4-cü dəqiqədə Corc İlenikenanın qolu ilə hesabı açıblar. O, 22-ci dəqiqədə dublunu rəsmiləşdirərək fərqi iki topa çatdırıb.
“Əl-Nəsr” 36-cı dəqiqədə fərqi azaldıb. Kriştianu Ronaldunun məhsuldar ötürməsindən sonra Anjelo fərqlənib. Lakin qonaqlar hesabı bərabərləşdirə bilməyiblər.
Bu nəticədən sonra 12 xalı olan “Əl-Nəsr” turnir cədvəlində ikinci, 11 xal toplayan “Əl-İttihad” isə dördüncü pillədə qərarlaşıb.