Bakı. Trend:
Xaçmaz rayonunda şəhid Mayis Səmədovun qardaşı qızı Fidanın toy mərasimi keçirilib. Təntənəli məclisdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev də iştirak edib.
Rayon rəhbəri toy sahibini və gəncləri səmimi-qəlbdən təbrik edərək, onlara gələcək ailə həyatlarında xoşbəxtlik, cansağlığı və uğurlar arzulayıb.
Tədbir yüksək əhvali-ruhiyyə şəraitində, musiqi və rəqslərlə davam edib.










