Bakı. Trend:
Azərbaycan və Çin Baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, sənəd Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.
Memorandumu Azərbaycan tərəfdən Baş prokuror Kamran Əliyev, Çin tərəfdən isə Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq imzalayıblar.
Rəsmi səfər çərçivəsində Azərbaycan Baş Prokurorluğunda Kamran Əliyevlə Yinq Yonq arasında təkbətək görüş keçirilib. Bunun ardınca Çin nümayəndə heyətinin iştirakı ilə ikitərəfli görüş baş tutub.
Səfər zamanı Yinq Yonq Azərbaycan Baş Prokurorluğunda medalla təltif olunub.






