Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb.
Bu barədə AMB-nin rəsmi saytında bildirilir.
Beləliklə Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib.
Qeyd edək ki, V. Əhmədov 2009-cü ildən AMB-də çalışıb.
O, 2017-ci ilin dekabr ayından isə Mərkəzi Bankın baş direktoru vəzifəsini icra edirdi.