Bakı.Trend:
Hörmüz boğazı minalardan tam təmizlənib.
Bunu ABŞ Silahlıq Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper “X” sosial şəbəkəsində yayımlanan videoda bildirib.
Hərbi komandan bildirib ki, ABŞ hərbçiləri bir neçə ay əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beynəlxalq ticarət marşrutlarında yerləşdirdiyi dəniz minalarını zərərsizləşdiriblər.
Bundan bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gəmiçilik üçün açıq olduğunu bildirmişdi . Onun sözlərinə görə, Vaşinqton boğaza və blokadaya nəzarət edir.