Bakı.Trend:
Fransanın Kan şəhərində dəmiryol vağzalının yaxınlığında avtomobilin bir qrup insanın üzərinə çırpılması nəticəsində azı 2 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Bu barədə Fransa KİV-də məlumat yayılıb.
Kalvados departamentinin prefekti David Klavye bildirib ki, sürücü tramvay gözləyən piyadaların üzərinə avtomobili qəsdən sürüb.
Hadisə çərşənbə günü saat 22:15 radələrində baş verib.
Polis hadisədən sonra qaçan 26 yaşlı şübhəlini saxlayıb. Rusiya əsilli olduğu bildirilən şübhəli Kan şəhərindən təxminən 20 kilometr məsafədə yerləşən Uistrehamda tutulub.
Müstəntiqlər hələlik insidenti terror aktı kimi nəzərdən keçirmir. İlkin məlumatlara görə, avtomobilin insanların üzərinə sürülməsi mübahisədən sonra baş verib.