Bakı.Trend:
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mümkün çıxışı ilə bağlı hadisələri qabaqlamaq lazım deyil, çünki ölkə rəhbərliyinin mövqeyi Ermənistan xalqının mövqeyindən fərqlənə bilər.
Bunu KTMT-nin baş katibi Taalatbek Masadıkov TASS-a müsahibəsində bildirib.
Noyabr ayında Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) iclasında Ermənistanın təşkilatda üzvlüyü məsələsi ilə bağlı hansı qərarın gözlənilə biləcəyi barədə suala cavab verən Masadıkov qeyd edib ki, Ermənistanın təşkilatdan çıxarılması və ya onun tərkibində qalması barədə qərarı KTMT-yə üzv dövlətlərin başçıları qəbul edirlər.
“Biz katiblik olaraq bu və ya digər tərəfin əvəzinə qərar qəbul edə bilmərik, ona görə də hələ qarşıda çox şey var. Bu məsələ bu ilin noyabrında Moskvada keçiriləcək növbəti KTŞ iclasında ciddi şəkildə müzakirə olunacaqmı — bu da bir sualdır. Buna dövlət başçıları özləri qərar verirlər. Gəlin, hadisələri qabaqlamayaq”, — deyə baş katib bildirib.
O qeyd edib ki, KTMT Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin təşkilatdan mümkün çıxışı ilə bağlı bəyanatlarından xəbərdardır.