Astana. Trend:
Saat 12:00-a olan məlumata görə, Qazaxıstanda Kurultaya seçkilərdə seçici fəallığı 37,05% təşkil edib.
Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb, Trend-in Astanadakı xüsusi müxbiri xəbər verir.
“Ölkə üzrə ümumilikdə saat 12:00-a 4 670 816 seçici səsvermə bülleteni alıb ki, bu da səsvermə üçün seçici siyahılarına daxil edilmiş seçicilərin 37,05%-ni təşkil edir”, – MSK-dan bildirilib.
Paytaxtın, vilayətlərin və respublika əhəmiyyətli şəhərlərin ərazi seçki komissiyalarının təqdim etdiyi məlumatlara əsasən, saat 12:00-a regionlar üzrə seçici fəallığı belə olub:
Astana şəhəri – 35,28%;
Abay vilayəti – 38,51%;
Akmola vilayəti – 39,57%;
Aktöbə vilayəti – 42,53%;
Almatı vilayəti – 39,05%;
Atırau vilayəti – 35,84%;
Qərbi Qazaxıstan vilayəti – 35,49%;
Jambıl vilayəti – 35,54%;
Jetısu vilayəti – 47,29%;
Qaraqanda vilayəti – 40,56%;
Kostanay vilayəti – 34,72%;
Qızılorda vilayəti – 47,59%;
Manqistau vilayəti – 34,68%;
Pavlodar vilayəti – 35,74%;
Şimali Qazaxıstan vilayəti – 38,13%;
Türküstan vilayəti – 43,14%;
Ulıtau vilayəti – 34,93%;
Şərqi Qazaxıstan vilayəti – 41,89%;
Almatı şəhəri – 17,87%;
Şımkent şəhəri – 41,60%.
Seçicilərin səsvermə məntəqələrinə gəlməsi ilə bağlı növbəti məlumat saat 14:00-da təqdim olunacaq.