NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, hazırda Ukrayna münaqişəsi başlayandan bəri Kiyev üçün ən çətin andır. Modern.az xəbər verir ki, NATO baş katibi CNN-ə müsahibəsində etiraf edib ki, Rusiya silahlı qüvvələri kiçik uğurlara nail olur. “Bəli, doğrudur, indi bu müharibənin ən çətin vaxtıdır”, - o deyib. Bununla yanaşı, Stoltenberq vurğulayıb ki, müharibələrdə gözlənilməzliklər olur, lakin NATO Rusiyanın böyük irəliləyişini gözləməyib.