Bakı. Trend:
Serbiya prezidenti Aleksandar Vuçiç növbədənkənar parlament seçkilərinin 2026-cı ilin oktyabr ayının sonunda keçiriləcəyini açıqlayıb.
Bu barədə Aleksandar Vuçiç Serbiya Radio və Televiziyasının efirində bildirib.
“Hazırkı vəziyyətə görə, parlament seçkiləri Serbiyada ya oktyabrın 18-də, ya da 25-də keçiriləcək”, - deyə o bildirib.
Bundan əvvəl Serbiya prezidenti parlament seçkilərinin 2026-cı ilin oktyabr və ya noyabr aylarında keçiriləcəyini açıqlamışdı. A. Vuçiç hakim Serbiya Tərəqqi Partiyasının qələbə qazanacağına ümid edir və bu halda baş nazir vəzifəsini tuta bilər.